"Mado" restoranlar şəbəkəsinin Əhmədli filialı sifariş olunan pizzanın üstünə qoyulan bir neçə zeytuna görə əlavə 8 manat ödəniş alınır
Yurd.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə şikayət ünvanlayan Cəfər Abdullayev adlı istifadəçi restoranlar şəbəkəsinin qiymət siyasətini tənqid edib:
"Evə gələndə uşaqların yeməsi üçün pizza sifariş verdik və üzərinə qarğıdalı yox, zeytun vurulmasını xahiş etdik. Cəmi 5-6 zeytun vurub buna görə 8 manat əlavə ödəniş yazıblar. Vurulmayan qarğıdalı isə hesabda azlıq yaratmasa da, 5-6 zeytun 8 manat əlavə ödənişə səbəb olub",- deyə şikayətçi qeyd edib.