SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Lombarda qoyduğu qızılını geri ala bilmir - VİDEO

Lombarda qoyduğu qızılını geri ala bilmir - VİDEO

  • 12 iyul 2026, 12:43

Lombarda qızılını qoyub pul götürdü, indi qızılını geri ala bilmir.

Yurd.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbə sakini Vüsal Xəlilovun başına gəlib.

Onun iddialarına görə, bir neçə ay əvvəl qəsəbə daxilində yerləşən lombarda zinət əşyasını girov qoyub, 350 manat məbləğində pul götürüb. Lakin, pulunu faizi ilə ödəyib qızılını götürmək istəsə də, bu mümkün olmur.

Vüsal Xəlilov "Xəzər Xəbər"ə deyir ki, lombard nümayəndəsi ilə yanaşı başqa şəxslər də onunla əlaqə saxlayaraq müxtəlif vədlər veriblər.

Bizdə həmin lombarda üz tutsaq da, amma qapı bağlı idi. Reklam lövhəsində olan nömrə ilə əlaqə saxladıq. Bildirildi ki, Vüsal Xəlilovun qızılları ayın 17-nə kimi geri qaytarılacaq. "Bu halın bir neçə şəxsin başına gəlməsi" iddiası isə təkzib edildi.

Onu da qeyd edək ki, hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları