SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kredaqro BOKT-un vəzifəli şəxsi 10 min manat xərcə düşdü

"Kredaqro" BOKT-un vəzifəli şəxsi 10 min manat xərcə düşdü

  • 30 aprel 2026, 11:58

Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. 

Bu barədə Yurd.Media-ya AMB-dən məlumat verilib. 

Məlumata görə, qurumun apardığı cari nəzarət tədbirləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Kredaqro"nun vəzifəli şəxsi 10 min manat cərimə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları