Pakistanın MCB bankının Azərbaycandakı törəməsi MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 1,55 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 7,3 %azdır.
Bu ilin əvvəlinə MCB-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 32,8% çox - 45,3 milyon manat, o cümlədən kredit portfeli 19,2% çox - 39,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 35,1 milyon manat (37,9% çox), balans kapitalı isə 10,2 milyon manat (17,8% çox), o cümlədən nizamnamə kapitalı 4,3 milyon manat (dəyişməyib) olub.