SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Xalq Bank”ın problemli kreditləri 75 milyon manata çatır

“Xalq Bank”ın problemli kreditləri 75 milyon manata çatır

  • 28 aprel 2026, 13:08

Bu il aprelin 1-nə “Xalq Bank” ASC-nin 74,9 milyon manat problemli kreditləri olub.

Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 27,4% çoxdur.

Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Xalq Bank” ölkə bankları arasında 6-cıdır.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 16,15%-i isə "Foton" MMC-yə məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları