SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

  • 29 aprel 2026, 15:26

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 6-nın yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, bunlar, “A-Qrup Sığorta”, “Atasığorta”, “Atəşgah Sığorta”, “Meqa Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə “Meqa Sığorta”da (4,6%) olub.

Bu dövr ərzində 10 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (77,2%), ən aşağı dinamika isə “Azsığorta”da (0,9%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları