"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin I rübündə 345,4 milyon manat problemli kreditləri olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 12,3% çoxdur.
Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda ABB ölkə bankları arasında ilk pillədədir və digərlərindən dəfələrlə böyük göstəriciyə malikdir.
Eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı" aprelin 1-nə olan rəqəmlərə görə ölkədə depozit portfeli azalan 5 bankdan biridir. Bankın depozit portfeli 11 faiz azalaraq 9 milyard manata düşüb.