Bu il aprelin 1-nə Azərbaycan bankları 57 960,8 milyon manatlıq aktivlərə, o cümlədən 28 452,3 milyon manatlıq xalis kredit portfelinə malik olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı bank icmalında bildirilir.
Sənədə əsasən, bu, ötən il aprelin 1-i ilə müqayisədə müvafiq olaraq 5,7% çox və 8,3% çoxdur.
Hesabat tarixinə sektorun öhdəlikləri 50 292,5 milyon manat (4,9% çox), o cümlədən depozit portfeli 37 568,4 milyon manat (0,7% çox), balans kapitalı isə 7 668,3 milyon manat (11,2% çox) təşkil edib.