Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 4-nün ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 2 aylıq sığorta icmalında bildirilir.
Sənədə əsasən, bunlar, “Azsığorta”, “Xalq Həyat Sığorta”, “Aqrar Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir. Ən çox azalma “İpək Yolu Sığorta”da (96,1%), ən az azalma isə “Azsığorta”da (14%) qeydə alınıb.
Qalan 12 sığorta şirkətinin isə ödənişləri artıb. Ən yüksək dinamika “Qala Həyat Sığorta” ASC-də (5 dəfə), ən aşağı dinamika isə “Meqa Həyat Sığorta” ASC-də (5,4%) baş verib.