SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Caspian İnvest BOKT ötən ilin maliyyə hesabatını verib

"Caspian İnvest" BOKT ötən ilin maliyyə hesabatını verib

  • 30 aprel 2026, 12:27

"Caspian İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur.

Bu ilin əvvəlinə "Caspian İnvest"in aktivləri ötən ilin əvvəlinə nisbətən 20,7% çox - 15,3 milyon manat, o cümlədən kredit portfeli 21,9% çox - 14,9 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri 6,7 milyon manat (25,5% az), balans kapitalı isə 8,6 milyon manat (2,3 dəfə çox), o cümlədən nizamnamə kapitalı 8,25 milyon manat (2,75 dəfə çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları