"Atəşgah Sığorta" ASC Azərbaycan İnvestisiya Holdinqinin balansındakı 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması ilə bağlı elan edilmiş açıq tenderin qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər arasında 4 061 manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il Holdinqə "Meqa Sığorta" ASC xidmət göstərib və 5 909 manat haqq alıb.