SÜJET
Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Yurd.Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.