SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Jurnalist, Vətən Müharibəsi qazisi Rəşad Baxşəliyev vəfat edib

Jurnalist, Vətən Müharibəsi qazisi Rəşad Baxşəliyev vəfat edib

  • 27 mart 2026, 10:03

"Azərbaycan" qəzetinin şöbə müdiri, qazi jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Yurd.Media xəbər verir ki, 48 yaşlı mərhum jurnalist bu gün dəfn olunacaq.

Qeyd edək ki, son illərdə onun səhhətində ciddi problemlər yaranmışdı.

R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirmişdi. Onun ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət etsin!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları