SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 80%-ni AMB alıb

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının 80%-ni AMB alıb

  • 14 noyabr 2025, 10:42

Azərbaycan Mərkəzi Bankı (AMB) İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarını investorların tələbi ilə mütəmadi geri alır.

Yurd.Media xəbər verir ki, bunu “Fitch” beynəlxalq reytinq agentliyi bəyan edib.

Məlumata görə, hazırda AMB Fondun dövriyyədə olan istiqrazlarının təxminən 80 %-nin sahibidir.

Xatırladaq ki, ipoteka istiqrazları manatla, illik 3% gəlirliliklə buraxılır. Bu baxımdan qiymətli kağızlar investorlar üçün elə də cəlbedici deyil. Çünki bank olmayan kredit təşkilatları və lizinq şirkətlərinin buraxdığı istiqrazlara illik 12-18% gəlir vəd olunur.

Odur ki, ipoteka istiqrazları AMB-nin geri alma zəmanəti ilə təmin edilib.

Prime Leasing
SPE Annual Caspian