Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Məhərrəm Quliyev müvafiq əmr imzalayıb.
Belə ki, Behbudzadə Rauf Elman oğlu RİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
O, bundan əvvəl RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində məsləhətçi işləyib.
Qeyd edək ki, R.Behbudzadə Vətən müharibəsi iştirakçısıdır, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.