Daşkəsən Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Orxan Abbasov müvafiq əmr imzalayıb.
Belə ki, Səttarlı Üzeyir Kazım oğlu RİH-in Memarlıq-tikinti məsələləri sektoruna böyük məsləhətçi təyin olunub.
O, bundan əvvəl RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi işləyib.
Qeyd edək ki, Ü.Səttarlı Vətən müharibəsi iştirakçısıdır, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.