SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Hadrut daha 13 ailəyə qucaq açdı

Hadrut daha 13 ailəyə qucaq açdı

  • 26 dekabr 2025, 14:06
Xocavənd

Xocavənd rayonunun Hadrut qəsəbəsi daha 13 ailəyə qucaq açıb.

Yurd.Media xəbər verir ki, bu gün növbəti köç karvanı ilə Hadrut qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Hadruta köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Hadrut qəsəbəsinə 13 ailə olmaqla, 51 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları