Hacıqabulda yeni dövlət müəssisəsi yaradılıb.
Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Hacıqabul rayonunun Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.
Bu barədə icra başçısı Sevindik Hətəmov sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin qurumların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiqlənib.
Digər sərəncamla Aqil Aslanov “Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi” MMC-nin rəisi vəzifəsinə təyin olunub.
Aqil Aslanov