Gecə saatlarından başlayaraq Göygölün ucqar kəndlərinə qar yağıb.
Yurd.Media xəbər verir ki, rayonun ən ucqar kəndlərindən olan Sarısu kəndinə 10, dağlıq hissələrə 20 santimetrə yaxın qar yağıb.
Digər ucqar kəndlərdə isə 10 santimetrə yaxın qar yağıb. Yaz fəslində yağan qarın yeni çiçək açmış meyvə ağaclarına qismən zərər vurub.
Qeyd edək ki, yağan qar avtomobil yollarında və digər infrastrukturda problem yaratmayıb.