SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Göyçayda bina sakinləri təhlükə ilə üz-üzədir - VİDEO

Göyçayda bina sakinləri təhlükə ilə üz-üzədir - VİDEO

Göyçay

Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi 33 ünvanında yerləşən binanın üzlük daşları qoparaq tökülür. 

Yurd.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir və hər an faciə baş verə bilər.

Sakinlər "Xəzər Xəbər"-ə küləkli havalarda uşaqları həyətə buraxmağa qorxduqlarını, binanın yaxınlığında gəzməyin belə təhlükəli olduğunu bildirirlər. Onlar aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmadığını deyirlər.

Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyindən verilən məlumata görə, bina onların balansında deyil və kooperativ bina olduğuna görə təmir-bərpa işlərinə dövlət büdcəsindən vəsait ayrılması mümkün deyil.

Prime Leasing