Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yolun hərəkət hissəsində yerləşən konstruksiyanın aşma təhlükəsi yaranıb.
Yurd.Media-nın məlumatına görə, 28 May küçəsində, dairəvi hərəkətin təşkil olunduğu ərazidə yerləşən konstruksiya əyilib və hər an aşa bilər.
Ərazidən çəkilən görüntülərdə konstruksiyanın əvvəlki vəziyyətindən əyildiyi, üzərində yerləşən Gəncə şəhərinə aid elementlərin isə sındığı görünür.
Abidə yolun dairəvi hərəkət təşkil olunan hissəsində yerləşdiyindən onun aşacağı təqdirdə faciəyə səbəb olacaq. Xüsusilə son aylarda küləkli hava şəraitin hökm sürməsi bu təhlükəni daha da artırır.
Sakinlər ərazidə təhlükəsizliyin təmin edilməsi üçün konstruksiyanın texniki vəziyyətinə baxış keçirilməsini və zəruri tədbirlərin görülməsini istəyirlər.
Yurd.Media olaraq məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq.