Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komaya düşüb.
Yurd.Media xəbər verir ki, bu barədə onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, hazırda atasının müalicəsi özəl klinikalarının birində davam etdirilir.
"Hələ ki konkret diaqnoz yoxdur. Atam süni tənəffüs aparatına qoşulub", - o əlavə edib.