SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
FHN qarlı havada meşədə təlim keçirdi - FOTO

FHN qarlı havada meşədə təlim keçirdi - FOTO

  • 18 yanvar 2026, 14:16
Sumqayıt

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Qarlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarış-xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən soyuq və qarlı hava şəraitində dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti olaraq qarlı və dumanlı hava şəraitində meşə massivində itkin düşmüş şəxsin axtarışını apararaq meşənin dərinliklərində yerini müəyyən edib, xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə “xilas edərək” təhlükəsiz əraziyə “təxliyəsini” təmin ediblər.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları