SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Əmək qanunvericiliyini pozan şirkət cərimələndi

Əmək qanunvericiliyini pozan şirkət cərimələndi

  • 24 iyun 2026, 19:33

“DİZA” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) əmək qanunvericiliyi qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən şirkətdə araşdırma aparılıb. 

Məlum olub ki, “DİZA” MMC-dən 7 iş günü müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə işçilərlə bağlı sənədlərin verilməsi tələb olunsa da, cari tarixədək müvafiq sənədlər təqdim olunmayıb. 

Nəticədə “DİZA” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib. 

Şirkətə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları