SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Daşkəsəndə leysan avtomobil yoluna zərər vurub - VİDEO

Daşkəsəndə leysan avtomobil yoluna zərər vurub - VİDEO

  • 21 avqust 2026, 13:29
Daşkəsən

Daşkəsən rayonuna leysan yağış və dolu yağıb, sel avtomobil yoluna zərər vurub.

Daşkəsən Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, rayonua aramsız yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülərək yol bağlanıb. Nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə ilə bağlı İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə əraziyə baxış keçirib, mövcud vəziyyətin aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb. “31 saylı Yol İstismarı” MMC, "AzerGold" QSC və "Daşkəsən Dəmir Filiz" MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib, gediş-gəliş bərpa olunub.

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti davam edir. Rayonun bütün idarə, müəssisə və xidmət sahələri fəaliyyətlərini hava şəraitini nəzərə almaqla qurur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları