Bakıda sərnişin daşıyıcı şirkət olan “Menloqq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati xəta müəyyən edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC-yə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən qəbul edilib.
Məlumata görə, Cahil Qurbanov adlı sürücü qanunsuz işdən çıxarılması barədə əmək müfəttişliyinə şikayət edib.
Şikayət əsasında araşdırma aparılıb və MMC 1800 manat cərimə edilib. MMC tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət olunub. Müraciətdə inzibati xəta haqqında protokolun ləğv edilməsi istənilib. Məhkəmə MMC tərəfindən verilən şikayəti təmin etməyib və inzibati xəta haqqında qərar qüvvədə saxlanılıb.