SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Cəlilabadda 9 min il əvvələ aid abidə araşdırılır

Cəlilabadda 9 min il əvvələ aid abidə araşdırılır

  • 30 iyun 2025, 19:28
Cəlilabad

Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində 9 min əvvələ aid edilən qədim yaşayış məskənində arxeoloji tədqiqat işləri başlanılıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, Paşatəpə tarixi abidəsindəki tədqiqat işlərini AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri Vəfa Mahmudova aparır.

Qeyd edək ki, əvvəllər burada neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxıb. Eləcə də, bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar edilib.

Məlumat üçün bildirək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.

Prime Leasing