SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Bu şadlıq sarayında saxta araqlar aşkarlandı - FOTO

Bu şadlıq sarayında saxta araqlar aşkarlandı - FOTO

  • 02 oktyabr 2026, 18:41
Şamaxı

Şamaxıda restoranda onlarla saxta araq aşkarlandı. 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Şamaxı şəhəri, Bakı-Qazax yolu, ev 120 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Xəlilov Əyyub Allahverdi oğluna məxsus “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib.

Yoxlama zamanı şadlıq evində saxtalaşdırma əlamətləri olan 72 ədəd (hər biri 0.7 lt ) “Sobranie” əmtəə nişanlı araq məhsulunun istehlaka təqdim edilməsinin qarşısı alınıb. Həmçinin normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun inzibati tədbir görülüb, sözügedən məhsullar dövriyyədən çıxarılıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Skat.az - Ev və Avtomobil elanları