SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bolt sürücüsündən qeyri-etik davranış gördükdə nə etməli?

"Bolt" sürücüsündən qeyri-etik davranış gördükdə nə etməli?

Son günlər Bakı şəhərində fəaliyyət göstərən "Bolt" onlayn taksi xidmətinin sürücünün xanım sərnişinə qarşı qeyri-etik davranış sərgilədiyi ilə bağlı sosial şəbəkələrdə bir sıra müzakirələr açılıb.

Belə halla rastlaşan xanımlar nə etməli?

"Bolt" şirkətindən Yurd.Media-nın soröusuna cavab olaraq bildirilib ki, şirkətin əsas məqsədi müştərilər və tərəfdaşlar üçün rahat, təhlükəsiz və keyfiyyətli xidmət təmin etməkdir:

"Sürücülərin davranışı ilə bağlı hər hansı narazılıq yarandıqda sərnişinlər mütləq tətbiq vasitəsilə şikayət bildirməlidirlər. Daxil olan bütün müraciətlər araşdırılır və şikayət təsdiqləndiyi halda sürücü ilə bağlı müvafiq tədbirlər görülür".

"Bolt"dan bildiriblər ki, belə hallar sürücünün reytinqinə təsir edir, təkrarlandığı halda isə onun hesabı deaktiv edilə bilər.

Hüquqşünas Şamil Paşayev isə Yurd.Media-ya bildirib ki, bu kimi hallar yalnız etik normaların pozulması ilə məhdudlaşmır, bəzi hallarda hüquqi məsuliyyət də yarada bilər:

“Əgər sürücü sərnişinə qarşı israrlı şəkildə şəxsi münasibət qurmağa cəhd edibsə və bu, narahatlıq yaradıbsa, vətəndaş rəsmi şəkildə şikayət edə bilər. Bu cür məsələlərlə bağlı dövlət qurumlarından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də məşğul olur və şikayətçi müraciətini həmin quruma ünvanlaya bilər”.

Hüquqşünas Şamil PaşayevHüquqşünas Şamil Paşayev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları