SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Biləsuvarda da məcburi köçkün qəsəbələrində evlər təmir olunacaq

Biləsuvarda da məcburi köçkün qəsəbələrində evlər təmir olunacaq

  • 10 fevral 2026, 22:58
Biləsuvar

Azərbaycanda məcburi köçkünlərin evlərinin və mənzillərinin təmiri prosesi davam etdirilir.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı şəhəri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri işləri aparılacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti müvafiq hazırlıqlara başlayıb.

Belə ki, qurum təmir işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Təmir işlərinə sərf olunacaq məbləğin 380 min manat olacağı proqnozlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları