SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıətrafı taksilər bahalaşdı

Bakıətrafı taksilər bahalaşdı

  • 05 iyul 2026, 09:07

Bakıda taksilərin qiymətində dəyişiklik olub.

Yurd.Media "Metbuat.az"a istinadən xəbər verir ki, qəsəbələrə işləyən taksilər bir neçə gündür ki, gediş haqqını 50 qəpik artırıb.

Belə ki, metronun "Koroğlu" stansiyasının ərazisindən Bakı kəndlərinə və ətraf qəsəbələrə taksilər işləyir. Sakinlərin "manatlıq" adlandırdıqları bu avtomobillər hər gün Yeni Ramana, Suraxanı, Binə, Mərdəkan, Şüvəlan, Qala, Zabrat və Pirsağı istiqamətində minlərlə sərnişin daşıyırlar. Adambaşı ödəniş 8-9 il əvvəl 1 manat, 2023-cü ildən sonra isə 1 manat 50 qəpik olub. Son günlər Yeni Ramana, "Sosial binalar", Binə, Zabrat və Pirşağı istiqamətində fəaliyyət göstərən taksilər müştərinin birini mənzil başına 2 manatdan aparırlar. Gecə saat 11-dən sonra və yağışlı günlərdə qiymət 3 manata qədər yüksəlir.

Taksi sürücüləri qiymət dəyişikliyini "Koroğlu" ərazisindəki dayanacaqda xidmət haqqının artması və tez-tez cərimələnmələri ilə əlaqələndiriblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları