SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bağban kimi işə düzəlmək istədi, 8 milyon vergi borcunun olduğu üzə çıxdı - VİDEO

Bağban kimi işə düzəlmək istədi, 8 milyon vergi borcunun olduğu üzə çıxdı - VİDEO

Bağban kimi işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib. Hadisə paytaxt sakini İntizar Musayevin başına gəlib. 

Yurd.Media xəbər verir ki, o, "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, Arzuman adlı şəxs ona sənəd imzaladıb, lakin daha sonra işin alınmadığını bildirib. Yeni işə düzəlmək istədikdə isə şirkətinin olduğunu öyrənib:

"Sənəd imzaladığım yerdə işə düzəlmədiyimi dediklərindən 7 ay sonra başqa yerdə çalışmağa getdikdə adıma şirkət olduğunu, hətta 8 milyon manat vergi borcu olduğunu dedilər".

Zərərçəkmiş şəxs bildiririb ki, bu vəziyyətə görə, hazırda heç bir əmək müqaviləli işə düzələ bilmir:

"Maddi vəziyyətim pisdir, işə də düzəlməyə imkan verilmir. Uşaqlarıma məktəb paltarı belə ala bilmirəm".

Daha ətraflı süjetdə: 

Bağban kimi işə düzəlmək istədi, 8 milyon vergi borcunun olduğu üzə çıxdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları