SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Elektron siqaretlərə olan QADAĞALAR qızdırılan tütün məmulatlarına aid edilir? - ARAŞDIRMA

Elektron siqaretlərə olan QADAĞALAR qızdırılan tütün məmulatlarına aid edilir? - ARAŞDIRMA

  • 12 mart 2026, 11:02

Milli Məclis elektron siqaretlərdən istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər qəbul etdi. Bununla Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.

Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bu qadağalar fonunda tütün qızdırıcı cihazlardan istifadə edənlər arasında da müəyyən çaşqınlıq yaranıb. Bu səbəbdən Yurd.Media qanunun şamil olunmadığı qızdırılan tütün məmulatları ilə qadağa altına düşən elektron siqaretlər arasındakı fərqləri aydınlaşdırmağa çalışacaq.

Elektron siqaretlər və qızdırılan tütün məmulatları: fərqlər, risklər və yanlış təsəvvürlər

Son illər dünyada və Azərbaycanda klassik siqaretə alternativ kimi təqdim olunan elektron siqaretlər və qızdırılan tütün məmulatları geniş yayılıb. Bu iki məhsul həm texniki baxımdan, həm də potensial təsirləri baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.

Elektron siqaret nədir və necə işləyir?

Elektron siqaretlər tütün məhsulu deyil. Onlar xüsusi mayenin elektriklə qızdırılaraq buxara çevrilməsi prinsipi ilə işləyir. Bu mayenin tərkibində adətən:

• nikotin (bəzən nikotinsiz variantlar),

• propilen qlikol və ya bitki qliserini,

• müxtəlif dadlandırıcı və aromatik maddələr olur.

İstifadə zamanı yanma prosesi baş vermir, lakin insan orqanizmi kimyəvi maddələrdən ibarət aerozolu tənəffüs edir. Elektron siqaretlərin əsas problemlərindən biri də istifadəçinin nikotin dozasına nəzarətinin çətin olmasıdır. Xüsusilə gənclər arasında ətirli məhsulların populyarlığı asılılıq riskini daha da artırır.

Qızdırılan tütün məmulatı nədir?

Qızdırılan tütün məmulatı isə elektron siqaretlərdən fərqli olaraq real tütün məhsulu üzərində qurulub. Bu cihazlarda xüsusi tütün çubuqları istifadə olunur və tütün yandırılmadan, müəyyən temperaturda qızdırılır. Nəticədə tüstü deyil, nikotin tərkibli aerozol yaranır.

Bu məhsullar əsasən tütünün yanması zamanı yaranan qatran və bəzi toksik maddələrin azaldılması üçün təqdim olunur. 

Beləliklə, elektron siqaret və qızdırılan tütün məhsulları arasındakı əsas fərqləri təsnifatlaşdırsaq aşağıdakı mənzərə üzə çıxacaq:

1. Məhsulun tərkibi

• Elektron siqaretlərdə sintetik maye və kimyəvi aromatlizatorlar əsas rol oynayır. Onların tərkibində olan nikotin süni yolla alınır.

• Qızdırılan tütün məmulatlarında isə emal olunmuş real tütün istifadə edilir. Belə məmulatlarda nikotin təbii yolla, birbaşa tütündən ayrılır.

2. İşləmə prinsipi

• Elektron siqaretlər mayeni buxarlandırır.

• Qızdırılan tütün məhsullarında isə buxar tütünün qızması nəticəsində yaranır.

3. Kimyəvi maddələrin mənşəyi

• Elektron siqaretlərdə maddələrin böyük hissəsi laboratoriya mənşəlidir.

• Qızdırılan tütün məhsullarında isə aerozolun əsas mənbəyi tütünün özüdür.

4. İstifadə vərdişləri

• Elektron siqaretlərdə uzunmüddətli və nəzarətsiz istifadə halları daha çox müşahidə olunur.

• Qızdırılan tütün məhsullarında isə istifadə müddəti adətən bir tütün çubuğu ilə məhdudlaşır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları