SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Azəriqaz” qadın abunəçi ilə MƏHKƏMƏDƏ

“Azəriqaz” qadın abunəçi ilə MƏHKƏMƏDƏ

  • 17 iyun 2026, 14:17

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abonentini Ağdaşda məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ağdaş şəhərində yaşayan Abdullayeva Nərminə Mahir qızından sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 505 manat əsas borc, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 535 manat borcun tutulması istənilib. 

İddia tələbinə görə, “Azəriqaz”ın Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində istehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməyib, 1084 manat borc yığılıb. 

Hazırda tələb olunan 505 manat məbləğində borc isə abonentin 2025-ci ildən sonrakı dövr ərzində yaranıb. 

Məhkəmə iddia tələbini təmin edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları