Gəncə şəhərinin Gülüstan qəsəbəsində oğul atasını odlu silahla qətlə yetirib
Yurd.Media xəbər verir ki, əslən Kəlbəcərdən olan, Daşkəsən rayon sakini, 44 yaşlı Elçin Nağıyev tüfəngdən açılan atəş nəticəsində qətlə yetirilib.
Cinayəti törətməkdə şübhəli bilinən isə onun oğlu 17 yaşlı K.Nağıyevdir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hadisə ailə münaqişəsi zəminində törədilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.