Göygöldə yağan güclü yağış bir sıra fəsadlar törədib
Yurd.Media xəbər verir ki, günorta saatlarında rayon ərazisində yağan leysan xarakterli yağışlar bir sıra fəsadlara səbəb olub.
Belə ki, rayonun Aşıqlı kəndində sel suları bir neçə yaşayış evinin həyətinə və əkin sahəsinə dolub. Həmçinin Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Aşıqlı kəndindən keçən hissəsində divar dağlıb və torpaq sürüşərək yolda nəqliyyatın hərəkətində qismən çətinliklər yaradıb.
Hava şəraiti səbəbindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlərin başlanılması gözlənilir.
Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.