SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Yevlaxda informasiya əldə etmək hüququnun müdafiəsi müzakirə olunub

Yevlaxda informasiya əldə etmək hüququnun müdafiəsi müzakirə olunub

Yevlax

Yevlaxda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Yurd.Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə keçirilən tədbirdə icra başçısının müavini Elnarə Əzizova çıxış edərək bildirib ki, informasiya əldə etmək hüququnun təmin olunması demokratik cəmiyyətin mühüm göstəricisidir və bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə hüquq mədəniyyətinin formalaşmasında vacib rol oynayır.

Sonra Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova çıxış edərək, Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.

İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında ətraflı məlumatlandırılıb.

Yekunda “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları