Azərbaycandaq süni intellekt əsaslı Data Mərkəzi yaradılır.
Yurd.Media "Plat.az"a istinadən xəbər verir ki, AZCON Holdinq şirkətlərindən olan "AzInTelecom” MMC Ələt Azad İqtisadi Zonasında Data Mərkəzi tikəcək.
Sözügedən Data Mərkəzinin süni intellekt əsaslı olması gözlənilir.
Layihə ilə bağlı sorğumuza cavab olaraq "AzInTelecom”dan bildirilib ki, Ələt Azad İqtisadi Zonasında tikiləcək yeni Data Mərkəzinin layihələndirilməsi və konseptual planlaşdırılması prosesi hazırda davam etdirilir.
"Data Mərkəzinin tikintisi üzrə qrafik və yekunlaşma müddəti layihə konseptinin tam şəkildə razılaşdırılmasından sonra dəqiq müəyyən ediləcək", - deyə qurumdan məlumat verilib.
Məlumat üçün deyək ki, "AzInTelecom”un Bakıda və Yevlaxda data mərkəzləri mövcuddur. Hacıqabul və Abşeronda isə, yeni data mərkəzlərin tikintisi aparılır. Ələtdə yaradılacaq mərkəz isə qurumun sayca, beşinci Data Mərkəzi olacaq.