"Cüzdan" MMC-nin nizamnamə kapitalı 55 min manat artırıldı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 1 milyon 51 min manatdan 1 milyon 106 min manata artırılıb.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 sentyabr 2024-cü il tarixli Qərarı ilə “Cüzdan” MMC elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. Rəhbər vəzifəsində isə Mustafa Baltacı Kamaldır.