Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərkibindəki “8№-Li Xüsusi Təyinatlı Yol İstismarı” MMC barəsində inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, cərimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinın 539.3-cü maddəsi ilə yazılıb.
Belə ki, vətəndaşın müraciəti ilə əlaqədar Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq “8№-Li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə işə götürməsinə sənədlərin alınması üçün məktub göndərilib. Məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunub. Lakin tələb olunan sənədlər təqdim edilməyib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şirkət 2 min manat cərimə edilib.