SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ağdama qatarla səfər edənlər portaldan avtomatik icazə ilə təmin olunacaq - ADY

Ağdama qatarla səfər edənlər portaldan avtomatik icazə ilə təmin olunacaq - ADY

Ağdam

İşğaldan azad edilmiş ərazilərə qatarla komfortlu səfərlərin təşkili məqsədilə Bakı–Ağdam–Bakı marşrutu üzrə bilet alışı zamanı portaldan avtomatik icazə təmin olunacaq.

Bu barədə Yurd.Media-ya "Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, 30 avqustdan etibarən Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanır.

Hərəkət cədvəlinə uyğun olaraq, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq:

“Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edə biləcəklər.

Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Bakıdan Bərdə və Köçərli stansiyasına, Təzəkənd dayanacağına biletlərin minimum qiyməti 12 AZN, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə isə 12,80 AZN təşkil edir”,-qurumdan bildirilib.

Həmçinin vurğulanıb ki, səfər zamanı pulsuz “Wi-Fi” xidmətindən də yararlanmaq mümkün olacaq:

“Səfər zamanı qatarda ödənişsiz “Wi-Fi” xidmətindən yararlanmaq mümkün olacaq. 

Bakı–Ağdam–Bakı marşrutu üzrə biletləri 27 avqust tarixindən ADY-nin veb-saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar”.

Prime Leasing