SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qubada rusdilli kənd adları dəyişdirilir - SİYAHI

Qubada rusdilli kənd adları dəyişdirilir - SİYAHI

  • 11 mart 2026, 15:11
Quba

Quba rayonunda rusdilli kənd adları dəyişdirilərək milliləşdirilir.

Yurd.Media xəbər verir ki, Milli Məclisin Toponimiya Komissiyası Qubanın üç kəndinin adının dəyişdirilməsini məqsədəmüvafiq hesab edib.

Bununla bağlı komissiyanın bugünkü iclasında çıxış edən komissiyanın sədri İsa Həbibbəyli ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilən, müxtəlif dövrlərdə məkrli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib.

Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.

Məlumata görə, kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olub. Müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması təklif olunur.

Müzakirələrdən sonra yaşayış məntəqələrinin adlarının dəyişdirilərək "Elbir", "Çinarlı" və "Bəhrəli" adlandırılması məqsədəmüvafiq hesab olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları