Azərbaycanda başlanğıc qiyməti 7 000 manat olan "KAMAZ 4326" markalı yük avtomobili 19 900 manata özəlləşdirilib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Bundan başqa, qurumun 7 500 manata satmaq istədiyi "Iveco" markalı mikroavtobus 17 600 manata alınıb.