SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Qəbələli gənc rəssamın ilk sərgisində Leyla Əliyeva iştirak etdi - FOTO

Qəbələli gənc rəssamın ilk sərgisində Leyla Əliyeva iştirak etdi - FOTO

  • 06 iyul 2026, 22:01
Qəbələ

Qəbələdən olan gənc rəssamın ilk sərgisi baş tutub.

Yurd.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib.

Sərgidə rəssamın 38 əsəri nümayiş olunub.

Sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları