Azərbaycanın görkəmli rəssamı, əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarı baxımsızlıq içindədir.
Yurd.Media xəbər verir ki, baş daşı və sinə daşının bir hissəsi dağılıb. Daşların üzərində vaxtilə olan məlumatları hazırda oxumaq mümkün deyil.
Mədəniyyət Nazirliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Cavad Mircavadovun məzarının vəziyyəti aidiyyəti qurumlarla birgə nəzərdən keçiriləcək və araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, görkəmli rəssam 24 iyun 1992-ci ildə Tiraspol şəhərində vəfat edib. Məzarı Yasamal qəbiristanlığındadır.