SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Əli və Nino”nun kitabları çöldə qaldı, Beynəlxalq Kitab Sərgisində iştirakdan imtina etdi

“Əli və Nino”nun kitabları çöldə qaldı, Beynəlxalq Kitab Sərgisində iştirakdan imtina etdi

“Əli və Nino” kitab mağazaları şəbəkəsinə ayrılmış yer başqa bir şirkətə verilib, kitabları çöldə qaldı.

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə XI Beynəlxalq Kitab Sərgisi açılıb.

Lakin Azərbaycanın ən böyük kitab mağazalar şəbəkələrindən biri olan “Əli və Nino” sərgidə etiraz əlaməti olaraq iştirak etməyib.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Yurd.Media-ya açıqlamasında bildirib ki, sərgiyə bir gün qalmış mağazalar şəbəkəsinə ayrılmış yer başqa bir şirkətə verilib:

“Mədəniyyət Nazirliyinin nümayəndələri ilə danışmaq istəsəm də, mənə sərt və aqressiv cavab verildi. Bu gün isə bizə bildirildi ki, "Qanun" nəşriyyatına ayrılmış yerdə kitablarımızı nümayiş etdirə bilərik. Nəticədə kitablarımız çöldə qaldı, içəri buraxılmadı. Mən isə sərgini tərk etməyi qərara aldım”, – deyə Nigar Köçərli vurğulayıb.

Qeyd edək ki, 1 oktyabr tarixində açılışı keçirilən sərgi 7 gün davam edəcək.

Foto: Sadıq Əliverdibəyli

Prime Leasing