SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Elçin Cəfərovun Bakıda alqışlarla keçən konserti: Hədəf REGİONLAR - VİDEO

Elçin Cəfərovun Bakıda alqışlarla keçən konserti: Hədəf REGİONLAR - VİDEO

Bakı

Heydər Əliyev Sarayında müğənni Elçin Cəfərovin solo konserti keçirilib.

Yurd.Media xəbər verir ki, konsertdə sənətçinin yaxın dostları və tanınmış simalar iştirak ediblər. Gecənin qonaqları arasında Zamiq Hüseynov, Gülay Qədirova, Elşən Orucov, Teymur Əmrah, Aygün Kazımova və digər sənət nümayəndələri yer alıblar. Müğənninin müəllimi Ağadadaş Ağayev də tədbirə qatılıb.

Gecənin yaddaqalan məqamlarından biri Elçin Cəfərovun Aygün Kazımova ilə dueti olub. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan duet alqışlarla müşayiət edilib.

Konsertdə sənətçi “Şipşirin”, “O bilmədi”, “Can” və digər sevilən mahnılarını səsləndirib. “Şipşirin” mahnısının klipində rol alan Nəzrin də gecənin qonaqları sırasında olub. Nəzrin hazırda Türkiyədə təhsil alır.

Elçin Cəfərov çıxışı zamanı “Seygah” muğamını ona Mələkxanım Eyyubovanın öyrətdiyini də vurğulayıb.

Müğənni Yurd.Media-ya müsahibəsində regionlarda konsert proqramlarının keçirilməsi ehtimalına da toxunub. O bildirib ki, böyük konsert zallarının olduğu bütün bölgələrdə çıxış etməyi planlaşdırır və gələcəkdə region tamaşaçıları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları