SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ceki Çan Azərbaycanda film çəkəcək

Ceki Çan Azərbaycanda film çəkəcək

  • 18 iyul 2026, 20:06

Dünya şöhrətli məşhur aktyor Ceki Çan avqustun əvvəlində Azərbaycana gələcək.

Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, o, təxminən 10 gün Bakıda qalacaq. 

Səfərdə məqsəd filmə çəkilməkdir. Belə ki, “Armour of God 4: The Ultimatum” (“Tanrının Zirehi 4”) adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq. 

Bakıda çəkilişlər İçərişəhərdə, Dağüstü Parkda, Bakı Funikulorunda, Yaşıl Teatrda, Fəvvarələr Meydanında və paytaxtın bəzi mərkəzi küçələrində həyata keçiriləcək. 

Qeyd edək ki, "Armour of God 4: The Ultimatum” layihəsi məşhur “Armour of God” franşizasının davamıdır.

Filmin istehsalında Çin və Qazaxıstan iştirak edir. Ekran əsərində baş rolu Ceki Çan oynayır. 

Yaradıcı heyət hazırda Qazaxıstandadır və burada çəkiliş aparırlar.

Ekran əsərinin premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları