SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanın Zəfər salnaməsini əks etdirən kitab nəşr olunub

Azərbaycanın Zəfər salnaməsini əks etdirən kitab nəşr olunub

  • 15 iyul 2026, 23:07

Bakıda Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” kitabının təqdimatı keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə elm, təhsil və ictimaiyyət nümayəndələri, ziyalılar, media təmsilçiləri və könüllülər iştirak ediblər.

Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən müəllif Aydın Tağıyev bildirib ki, kitab Azərbaycan xalqının şanlı Zəfər tarixini, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsini, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalq–ordu–lider birliyini gələcək nəsillərə çatdırmaq məqsədilə qələmə alınıb. Müəllif qeyd edib ki, nəşrdə tarixi hadisələr rəsmi sənədlər və faktlar əsasında sistemləşdirilib və əsər Azərbaycanın Zəfər salnaməsini əks etdirən mühüm tarixi mənbə kimi hazırlanıb.

Tədbirdə kitabın baş redaktorlarından Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov və Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova çıxış edərək kitabın elmi və tarixi əhəmiyyətindən danışıblar.

Tədbirin koordinatoru Ülvi Əlişov hazırlıq prosesindən söz açaraq təşkilati işlərdə iştirak edən könüllülərin əməyini yüksək qiymətləndirib. Daha sonra kitabın redaksiya heyətinin üzvləri – baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə nəşrin hazırlanma prosesi barədə fikirlərini bölüşüblər.

Təqdimatın sonunda müəllif oxucuların suallarını cavablandırıb, iştirakçılar üçün kitablarını imzalayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları