SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Aygün Səmədzadə direktor təyin olunmasından DANIŞDI

Aygün Səmədzadə direktor təyin olunmasından DANIŞDI

  • 17 may 2025, 19:57
Gəncə

"Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə və yüksək mədəniyyət ənənələrinə malik Gəncəni hər zaman sevmişəm. Bu gün isə mənə böyük etimad göstərildi. Gəncə Dövlət Filarmoniyasının direktoru təyin edildim".

Yurd.Media xəbər verir ki, bunu bəstəkar, Xalq artisti Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyinat alması haqqında təəssüratlarını bölüşərkən deyib.

"Azərbaycanın ən gözəl sənət ocaqlarından biri olan bu məkanın maraqlı layihələrlə, ecazkar səslərlə, nümunəvi konsertlərlə, görüşlərlə daha da parlayacağına inanıram. Məni bu məsuliyyətli və şərəfli vəzifəyə layiq bilənlərin, sənətsevərlərin etimadını doğruldacaq, işgüzar və yaradıcı kollektivimizlə Gəncənin musiqili-mədəni mühitini daha da canlandıracaq, zövqlü dinləyicilərini sevindirəcəyik".

Qeyd edək ki, Aygün Səmədzadə mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub.